Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 08:03
Avropa İttifaqı Şurası Ukrayna, Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətinin yazılı proseduruna başlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Aİ Şurasının fransalı həmsədri Tvitterdə yazıb.
Qeyd olunub ki, Ukrayna, Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətinə cavab hazırlanır.
Ekspertlərin rəyinə görə, müraciətə ilk olaraq Avropa Komissiyası münasibət bildirməlidir. Bundan sonra isə 27 üzv ölkə danışıqların başlanması üçün namizəd statusunun verilməsinə münasibət bildirməlidir.