Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 08:21
Böyrəklərin arterial hipertenziyası böyrəklərin və onların damarlarının xəstəliyi nəticəsində baş verir. Bu xəstəliklərə böyrəklərin diffuz xəstəlikləri və böyrək damarlarının dəyişiklikləri aiddir.
Böyrək hipertoniyasının patogenezi 3 əsas mexanizmlə əlaqələndirilir:
1. natrium və suyun bədəndə saxlanması
2. pressor sistemin aktivləşməsi
3. böyrəkərin depressor sisteminin zəifləməsi.
Böyrəklərdə natrium və suyun bədəndə saxlanması böyük qan dövranının zəifləməsi ilə əlaqədardır. Böyrəklərdə natriumun sekresiyasının azalması hipervolemiyaya, dövr edən qanın həcminin artması, damar divarında natriumun artması və damar divarının şişkinləşməsinə səbəb olur. Böyrəklərin ifrazetmə qabiliyyətləri pozulur, nəticədə katexolaminlərin ekskresiyası azalır. Böyrək parenximasının sıradan çıxması nəticəsində depressor maddələrin böyrəkdə əmələ gəlməsi azalır və hipertoniyanın baş verməsinə səbəb olur.
Klinikası: Böyrək xəstələrində hipertoniyanın klinikası arterial təzyiqin yüksəlmə səviyyəsindən, ürək və damarların dəyişiklik dərəcəsindən və böyrəklərin vəziyyətindən asılıdır.
Müalicəsi: Xəstəliyin müalicəsi aşağıdakı prinsiplər əsasında aparılır:
- gündəlik xörək duzunun qəbulunu 4 qrama qədər azaltmaq
- dərmanları kiçik dozadan başlamaq
- bir-neçə dərmanı bir yerdə az dozada təyin etmək
- əvvəl bir dərmandan başlamaq, sonra başqalarını bir-bir əlavə etmək
- vaxtaşırı müalicəni davam etdirmək
Müalicə məqsədi ilə xəstələrə sidikqovucu preparatlar, angiotenezi çevirən fermentin inhibitoru, kalsium antoqonistləri ibarətdir.