Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Ukraynaya humanitar yüklərin təhlükəsiz keçməsini tələb edir - VİDEO

BMT Ukraynaya humanitar yüklərin təhlükəsiz keçməsini tələb edir - VİDEO

Tarix: 8 Mart 2022 13:02

Hərbi əməliyyatlar başlayandan bəri bir milyon yarımdan çox insan Ukraynanı tərk edib. BMT xəbərdarlıq edir ki, bu miqrasiya böhranı bu əsrin ən böyüyü ola bilər.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, qaçqınlar (əsasən qadınlar və uşaqlar) ilk növbədə qonşu ölkələrə - Polşa, Moldova, Macarıstana göndərilir.

Avropa sürətlə dəyişən vəziyyətə effektiv cavab verməyə çalışır. Ən çox qaçqını Polşa qəbul edib - bir milyondan çox. 

Ukraynada qalan insanlar böyük təhlükə altındadırlar. BMT Rusiyanı humanitar yardımın təcili ehtiyac duyulan bir çox şəhərlərə çatdırılmasını təmin etməyə çağırır.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib: "Ukrayna şəhərləri mühasirədədir, Rusiyanın aramsız atəşi altındadır. Xəstəxanalar tükənir, ərzaq qıt olur, mülki itkilərin sayı artır. Ən həssas qruplar - əlillər, qocalar, uşaqlar ən çox əziyyət çəkənlərdəndir".

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qrifts deyib: "Bizim fəal hərbi əməliyyatların aparıldığı bölgələrə humanitar yüklərin daşınması üçün təhlükəsiz keçidə ehtiyacımız var. Mariupol, Xarkov, Melitopol kimi şəhərlərdə və digər icmalarda mülki əhalinin köməyə, xüsusilə də təcili yardım göstərmək üçün tibbi ləvazimatlara böyük ehtiyacı var, bunlar da yaxınlarda ÜST tərəfindən çatdırılıb.

Polşa hakimiyyəti Ukraynadan olan qaçqınlara 18 ay ərzində bu ölkədə qanuni yaşamağa, təhsil almağa və işləməyə icazə verən qanun layihəsi hazırlayıb. Bu müddət üç ilə qədər uzadıla bilər.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Ukraynaya humanitar yüklərin təhlükəsiz keçməsini tələb edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ