Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 17:38
Polşa hökumətinin MİQ-29 hərbi qırıcılarının Ukraynaya təhvil verilməsi təklifi Pentaqon tərəfindən rədd edilib.
Sonxeber.net Euronews-a istinadən xəbər verir ki, ukraynalı pilotlara yalnız Rusiya təyyarələrini idarə etmək öyrədilir, bununla əlaqədar Ukrayna NATO ölkələrindən belə bir dəstək və yardım texnologiyasına sahib olmasını xahiş edir. Vaşinqton daha əvvəl bildirmişdi ki, Amerika F-16-ları müqabilində Polşanın MiQ-29 təyyarələrinin verilməsi təklifini nəzərdən keçirir.
Polşanın öz avadanlıqlarını təhvil vermə ehtimalını açıq elan etməsi Amerika rəsmilərini təəccübləndirdi. Birləşmiş Ştatlar yaxşı bilir ki, bir tərəfdən bu qərarın qəbulu Ukraynanın əhval-ruhiyyəsinin yaxşılaşmasına kömək edəcək, digər tərəfdən isə hərbi, Ukrayna aerodromları dağıdılıb və təyyarələr yalnız NATO üzvü olan Polşadan havaya qalxmağı mümkün olacaq, bu isə vəziyyəti daha da gərginləşdirəcək və daha böyük müharibəyə səbəb ola bilər.
Aslan Məmmədov