Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniyada səhiyyə sənayesi inqilabi 5G müalicəsini sınaqdan keçirir

İspaniyada səhiyyə sənayesi inqilabi 5G müalicəsini sınaqdan keçirir

Tarix: 9 Mart 2022 21:24

Bir ay əvvəl böyük səs-küylə Cons Hopkins Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış robot cərrahın insan köməyi olmadan mürəkkəb əməliyyat həyata keçirdiyi açıqlanıb. Yaxın illərdə reallığa çevriləcək robotlaşdırılmış sistemi yalnız beşinci nəsil 5G mobil rabitəsi sayəsində mümkün olacaq.

Bu beşinci nəsil texnologiya İspaniya səhiyyə sənayesi üçün də getdikcə daha aydın görünən imkanlar açır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, idarəetmə və informasiya texnologiyaları sahəsində dünyanın ən böyük konsaltinq şirkətlərindən biri olan Capgemini Spain-in İspaniya ofisinin məlumatına görə, səhiyyə sektorunda 5G-nin üstünlüyü həkimlərə xəstəlikləri daha dəqiq müəyyən etməyə imkan verən real vaxtda qərarlar qəbul etmək üçün məlumatların istifadəsindən irəli gəlir.

Capgemini Spain-ə görə, yaxın beş ildə tibbi xidmətlərin 80 faizi artıq xəstəxanada deyil, evdə göstəriləcək. 2025-ci ildə yüksək texnologiyalardan, yəni 5G-dən gəlir 2,5 milyard dollar təşkil edəcək.

Səhiyyənin qeyri-mərkəzləşdirilməsi həm də daha az enerji istehlakı və daha çox dayanıqlılıq təmin etməklə sağlamlıq məlumatlarının qorunmasını artıra bilən yeni kibertəhlükəsizlik formasını nəzərdə tutur.

The Lancet elmi jurnalının "Qlobal Cərrahiyyə 2030" hesabatına görə, 2030-cu ildə hər 100.000 sakinə ildə təxminən 5.000 əməliyyat tələb olunacaq ki, bu da klinik cərrahiyyədə rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyini vurğulayır.

İspaniyanın Puçvert Fondunun həkimi və Avropa Urologiya Cəmiyyətinin robotlaşsırılmış cərrahiyyə bölməsinin prezidenti Alberto Breda bildirib ki, yaralıların məsafədən əməliyyatını həyata keçirtmək ən böyük problemlərdən biridir. 4G ilə rabitə gecikməsini nəzərə alaraq bu mümkün olmayıb. Lakin Ling Jipey başda olmaqla, Pekin həkimləri 5G mobil rabitə ilə bunun mümkün olduğunu göstəriblər.

İspan telekommunikasiya şirkəti Telefónica, 5G texnologiyasından istifadə edərək Yaponiyadan olan həkimlər tərəfindən uzaqdan köməklik göstərildiyi Malagadakı tibb mərkəzində yeddi cərrahiyyə əməliyyatlarının həyata keçirməsində rabitə dəstəyini göstərib.

Telefónica həmçinin Alsheymer və Parkinson kimi xəstəlikləri olan insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün 5G və virtual reallıq video xidməti Amethyst-i istifadəyə verib.

Aİ-də hər il təxminən 800.000 insan, İspaniyada 40.000 xəstə ürək çatışmazlığından əziyyət çəkir və bu xəstələrin yalnız 8 faizi sağ qalır. Bu nisbət 5G-nin əsas rol oynadığı cavab müddətini və xəstə xidmətini azaltmaqla yaxşılaşdırıla bilər.

Səhiyyə sənayesində Ericsson 2026-cı ildə səhiyyəni 5G ilə dəyişdirən operatorların 76 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırır.

İspaniya, Wavemaker araşdırmasına görə, yeni rəqəmsal məhsulların ən çox qəbul edildiyi ölkələrin reytinqində yeddinci yerdədir. Əsas dəyişiklik ondan ibarətdir ki, əvvəllər xəstə özü tibb mərkəzinə müraciət edib və indi yüksək texnologiyalar sayəsində mərkəz hər zaman onun yanında ola bilir.

Madrid III Karlos Universiteti funksional və ya nevroloji qüsurları olan insanların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək etmək üçün süni intellekt və sosial robotlardan istifadə edərək yeni reabilitasiya modelini təklif edən Inrobics məhsulunu yaradıb.

Proqnozlaşdırılan tibb üçün real vaxt monitorinqi ilə 5G-nin potensialı saysız-hesabsızdır. Bütün bu layihələr göstərir ki, həm diaqnostikada, həm monitorinqdə, həm də müalicədə 5G mükəmməl şəkildə istifadə olunacaq.

Milli.Az


Etiketlər:  İspaniyada səhiyyə sənayesi inqilabi 5G müalicəsini sınaqdan keçirir


RƏYLƏR