Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Bu ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Tarix: 10 Mart 2022 00:00

İndoneziya Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırlaşmır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo "Nikkei" qəzetinə müsahibəsində bildirib. Həm Ukraynanı, həm də Rusiyanı İndoneziyanın dostu adlandıran prezident, regionda baş verənlərdən narahatlığını da ifadə edib.

"Sanksiyalar həll yolu deyil, vətəndaşlar bunun qurbanına çevrilir. Bütün ölkələr gərginliyi azaltmağa, danışıqları intensivləşdirməyə nail olmağa çalışmalıdır. Bu, çox vacibdir - danışıqlar, atəşkəs, sonra müharibənin dayandırılması", - deyə Coko Vidodo qeyd edib.

Milli.Az


Etiketlər:  ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ