Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 09:32
Kilian Mbappe PSJ tarixinin ikinci bombardiri adına yiyələnib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, fransalı hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Real"ın (1:3) qapısına yol tapıb.
23 yaşlı forvard bununla da Paris təmsilçisindəki qol sayını 157-yə çatdırıb. O, bu matçadək şəriki olduğu Zlatan İbrahimoviçi arxada qoyub.
Klub tarixinin rekordu isə Edinson Kavaniyə məxsusdur. Uruqvaylı 200 dəfə fərqlənib.