Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 17:54
Avstriya fevralın əvvəlində tətbiq edilən COVID-19-a qarşı məcburi vaksinasiyanı müvəqqəti olaraq ləğv edir.
Sonxeber.net Euronews-a istinadən xəbər verir ki, Konstitusiya məsələləri üzrə nazir Karolin Edtstadlerin sözlərinə görə, bu tədbir yersiz hesab edilib.
Beləliklə, hökumət omikron variantının mülayim təbiətinə görə, hazırda kovid-ə qarşı universal məcburi peyvənd kampaniyasını davam etdirməyə təcili ehtiyac görməyən ekspert komissiyasının tövsiyəsinə əməl edir.
Bu qərar üç aydan sonra səlahiyyətli orqanlar tərəfindən nəzərdən keçiriləcək.
Məcburiyyətin dayandırılması həm də peyvənddən imtina edənlər üçün hələ tətbiq olunmamış və məbləği 3600 avroya çatan cərimələrin ləğvini nəzərdə tutur.
Aslan Məmmədov