Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 20:26
Rusiyanın Ukraynaya hücumu başlayandan indiyədək 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.
"Martın 10-u səhər saat 11-ə olan məlumata görə, Rusiya Federasiyasının Ukraynaya hücumu başlayandan bəri 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb.
O cümlədən, Jitomir vilayətinin Malin şəhərində aviazərbələr nəticəsində 7 fərdi birmərtəbəli yaşayış binası dağıdılıb, 5 nəfər, o cümlədən üç uşaq (beş yaşlı qız və 2021-ci ildən olan iki uşaq) həlak olub.
Xarkov vilayətində 16 yaşlı yeniyetmə Jukovski kəndindəki bazara hücum zamanı ölüb.
Bundan əlavə, gecə saatlarında Xarkov vilayətinin İzyumski rayonunun Slobojanskoe kəndinə növbəti atəş nəticəsində şəxsi yaşayış binasına raket atılıb. Dağıntılar altında 4 nəfər ölüb: 2 qadın və 2 uşaq, 5 yaşlı qız sağ qalmağı bacarıb.
Eyni zamanda, Kiyev vilayətinin İrpen şəhərində 10 yaşlı qız qəlpə yarası alıb və hazırda ağır vəziyyətdə xəstəxanadadır.
Xatırladaq ki, "Xalqın xidmətçisi" fraksiyasının sədri David Araxamiya martın 9-da Ukraynanın hər yerindən 40 mindən çox qadın və uşağın təxliyə edildiyini bildirib.
Aslan Məmmədov