Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ukrayna Rusiyanın kapitulyasiyasını anlayışla qəbul edəcək”

“Ukrayna Rusiyanın kapitulyasiyasını anlayışla qəbul edəcək”

Tarix: 10 Mart 2022 22:30

"Ukrayna hökuməti Rusiya Federasiyasının kapitulyasiyasını anlayışla qəbul edəcək".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbuk səhifəsində yazıb.

"Hər bir rus əsgərinə Rusiya gəmisinin arxasınca getməyi və ya çox gec olmadan Ukrayna əsirliyinə təslim olmağı şiddətlə tövsiyə edirəm. Həm də kapitulyasiya haqda fikirləşməyi. Ukrayna Rusiyanın təslim olmasını anlayışla qəbul edəcək", - Reznikov qeyd edib.

O, həmçinin əlavə edib ki, prezident Vladimir Zelenskinin başçılıq etdiyi Ukrayna rəhbərliyi Kiyevdə qalır.


Etiketlər:  Ukrayna Rusiyanın kapitulyasiyasını anlayışla qəbul edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ