Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Ukraynada bioloji laboratoriyalara sahib olduğunu inkar edir

ABŞ Ukraynada bioloji laboratoriyalara sahib olduğunu inkar edir

Tarix: 11 Mart 2022 08:16

ABŞ Ukraynada bioloji laboratoriyalara sahib deyil və ya onları idarə etmir. Bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

"ABŞ səlahiyyətliləri Ukraynada bioloji laboratoriyalara sahib deyil və ya onları idarə etmir" deyə Prays qeyd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, həmçinin Ukraynanın Bioloji Silahlar Konvensiyasına tam əməl etdiyini deyib.

Praysın sözlərinə görə, Ukraynada ABŞ-ın sifarişi ilə yaradılmış bioloji laboratoriyaların işi ilə bağlı xəbərlər dezinformasiyadır.

"Biz bu dezinformasiyanın xəbəri olmayan və ya başqa gündəmi olanlar tərəfindən təkrarlanmaması üçün mümkün olan hər şeyi etmək istəyirik", - Dövlət Departamentinin sözçüsü bildirib.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynada bioloji laboratoriyalara sahib olduğunu inkar edir


RƏYLƏR