Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

64 kilometrlik rus kalonunun aqibəti necə oldu? - FOTO

64 kilometrlik rus kalonunun aqibəti necə oldu? - FOTO

Tarix: 11 Mart 2022 08:32

Bir neçə gün öncə Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kalonla bağlı yeni məlumatlar yayılıb.

Sonxeber.net xəbər verir ki, "qafqazinfo"nun "Maxar Technologies"ə istinadən məlumatına görə, peykdən çəkilmiş yeni görüntülər göstərir ki, kalonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib. 

Peyk şəkilləri cümə axşamı Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.

Yedəklənmiş artilleriya və digər texnika Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağac kolluğunda gizlənir.

Berestyankada, aviabazadan təqribən 15 km qərbdə, bir neçə yanacaq daşıyan maşın və peyklərin məlumatına görə, çoxlu raketatan qurğular ağacların yaxınlığındakı sahədə dayanıb.

Qeyd edək ki, bundan əvvəl Kiyev vilayətinin Mokrets kəndi yaxınlığında Ukrayna ordusu rusların 7 tank və 1 BRM-ni ələ keçirmişdi.


Etiketlər:  kilometrlik kalonunun aqibəti necə oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ