Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı keçmiş aparıcı oğluna Türkiyədə doğum günü etdi

Azərbaycanlı keçmiş aparıcı oğluna Türkiyədə doğum günü etdi

Tarix: 11 Mart 2022 13:15

İllər öncə ailə qurub Türkiyəyə köçən keçmiş azərbaycanlı aparıcı Gülnarə Məmmədova oğluna doğum günü keçirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, 1 yaşı tamam olan Miraçın ad günündə G.Məmmədovanın anası da iştirak edib.

Sənətçi bu barədə sosial media hesabında fotolar paylaşaraq bu sözləri yazıb:

"Canım oğlum, 1 il nə tez keçdi. Sən mənim duam, Allahımın hədiyyəsisən. Hardan haraya gəldik. Səni həyatdan yapışmaq üçün göstərdiyin şücaətə görə alqışlayıram. Güclü oğlum mənim, sənə söz verirəm, özümə yaxşı baxacam sənin üçün...

Allahım səni həmişə xoşbəxt, sağlam və şanslı etsin. Yazmaq üçün kəlmələr tapmıram. Yaxşı ki, gəldin, səni çox sevirəm!".

Qeyd edək ki, Gülnarə 2015-ci ildə ailə qursa da, ana olması çətinliklə başa gəlib. Özgür adlı türk bəylə ailə quran aparıcı 2018-ci ildə qızını itirib.

Miraç isə ötən ilin martında vaxtından tez dünyaya gəlib. Yüksək təzyiqi olduğu üçün günlərlə xəstəxanada qalıb.

Onu da bildirək ki, G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, "Kamerton" verilişinin aparıcısı olub.

Milli.Az


Etiketlər:  Azərbaycanlı keçmiş aparıcı oğluna Türkiyədə doğum günü etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ