Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarkovda internat məktəbi vuruldu: binada 330 nəfər olub

Xarkovda internat məktəbi vuruldu: binada 330 nəfər olub

Tarix: 11 Mart 2022 14:28

Rusiya hərbçiləri Xarkov vilayətindəki Oskol psixo-nevroloji internat məktəbini atəşə tutub. Atəş zamanı orada 330 nəfər olub, onların bəziləri azhərəkətli yaşam tərzini sürür.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinegubov məlumat verib.

"Biz 73 nəfəri qonşu internat məktəbinə təxliyə edə bildik, düşmən atəş açanda internatda 330 nəfər var idi! Onlardan 50 nəfəri fəaliyyətsiz, 10 nəfəri əlil arabasında idi", - Sinegubov bildirib.

Hazırda yaralananların və ölənlərin sayı dəqiqləşdirilir.

Sinegubov qeyd edib ki, düşmən bütün hücum hərəkətləri uğursuz olduğu üçün mülki infrastrukturu gülləbaran edir.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Xarkovda internat məktəbi vuruldu binada 330 nəfər olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ