Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 17:12
Şahzadə Endryu yetkinlik yaşına çatmayan qızın zorlanması ilə bağlı məhkəmə prosesinin yekunlaşmasına baxmayaraq, Britaniya kral ailəsindən təcrid olunmuş vəziyyətdə qalacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Bukingem Sarayındakı mənbənin sözlərinə görə, ailənin mövqeyi fevralda olduğu kimi qalır. Kral ailəsinin yüksək vəzifəli üzvü roluna qayıtmaqdan söhbət gedə bilməz.
O, bildirib ki, şahzadə hətta Kraliça II Yelizavetanın tacqoymasının 70 illiyi ilə bağlı iyun bayramlarında belə iştirak edə bilməyəcək.