Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 18:44
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra tətbiq edilən sanksiyalar rus rublunun dəyər itirməsinə səbəb olub.
Rubl ətrafında baş verənləri proqnozlşdıra bilməyən bəzi kommersiya bankları rubl alışından imtina edib. Bəziləri isə rublu Mərkəzi Bankın gündəlik açıqladığı məzənnədən xeyli aşağı qiymətə alır və daha baha satırlar.
İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, Mərkəzi Bankın açıqladığı məzənnədə Rusiya Mərkəzi Bankının məlumatları əsas götürülür. Üstəlik, Mərkəzi Bank bazarı rublla təmin etmir. Faktiki olaraq rublun birjalarda qiyməti hər an dəyişir və bəzi günlər müharibə və sanksiyalar səbəbindən rubl 30-40 faiz dəyər itirib. Buna görə də alıcılar rublu daha ucuz almaqla risklərini maksimum sığortalamaq istəyirlər.
Ekspert onu da bildirib ki, hazırda ölkəmizdə heç bir valyutanın alış və satış qiymətində hədd tətbiq edilmir. Bu isə imkan verir ki, banklar istədiyi qiymətə alış və ya satış etsinlər.
O da bildirilib ki, indiki vaxtda bankların rubl alması və onu özündə saxlaması kifayət qədər risklidir. Çünkü bank rublun kəskin ucuzlaşma ilə rastlaşa bilər. Vəziyyət stabilləşdikcə rublun daha etibarlı məzənnəsi baş verəcək və bu fərq aradan qalxacaq.
Sonxeber.net xezerxeber.az-a istinadla videomaterialı təqdim edir: