Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 23:34
Rusiya hərbçiləri Kiyev vilayətində qadın və uşaqların daşındığı kalona atəş açıblar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə martın 11-də Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru - Rusiya Federasiyası ilə razılaşdırılmış "yaşıl" dəhliz boyunca evakuasiya etmək istəyərkən baş verib.
Atışma nəticəsində biri uşaq olmaqla 7 mülki şəxs həlak olub. Yaralıların dəqiq sayı hələlik məlum deyil.