Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 11:36
Sumı vilayətində Axtırkanın gecə bombardmanı nəticəsində azı 3 dinc sakin həlak olub.
Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Pavel Kuzmenko Facebook-da videomüraciətində bildirib.
"Təəssüf ki, bu gün Axtırka şəhərində səhər yaxşı açıqlmadı... "Gecə özəl sektorun, yaşayış binalarının havadan bombardmanı olub, burada ən azı üç nəfər həlak olub, digərləri hələ də tapılmayıb. Arxamda evlər yanır...", - mer bildirib.
"Mən bütün dünyaya düşmənin bizə nə etdiyini, bizi məhv etdiyini və bombaladığını göstərirəm, o, ancaq dinc əhaliyə qarşı necə mübarizə aparmağı bilir. Ukrayna səmasını bağlamaq lazımdır", - o, əlavə edib.
Aslan Məmmədov