Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Assanjın toyunun tarixi məlum olub - FOTO

Assanjın toyunun tarixi məlum olub - FOTO

Tarix: 14 Mart 2022 12:44

"WikiLeaks"-in qurucusu Culian Assancın toy mərasiminin tarixi bəlli olub.

Bu barədə onun nişanlısı Stella Morris açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, jurnalistin iki övladının anası olan qadın bu barədə "Twitter"-də paylaşım edib.

O bildirib ki, toy martın 23-nə planlaşdırılıb və Britaniyanın Belmarş həbsxanasında baş tutacaq.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayının sonunda Morris Assanjla rəsmi olaraq evlilik üçün müraciət etdiklərini açıqlayıb. Britaniya hökumətinin həbsxana xidməti bəylə gəlinin həbsxanada evlənmək istəyini təsdiqləyib.

Xatırladaq ki, 2021-ci ilin iyulunda məhkəmə Assanjı 2018-ci ildə aldığı Ekvador vətəndaşlığından məhrum edib. 2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi jurnalistə qarşı 18 ittiham irəli sürüb. Əgər jurnalist ABŞ-a ekstradisiya edilərsə, onu 175 il həbs gözləyir.

Milli.Az


Etiketlər:  Assanjın toyunun tarixi məlum olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ