Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 20:00
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında neft emalı zavoduna edilən hücumu pisləyib.
Sonxeber.net xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında bildirilib.
"Bu günlərdə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatı vasitəsilə edilən hücumu pisləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə bu ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir", - məlumatda deyilir.