Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 12:46
Rusiya ordusunun Ukraynada hündür mərtəbəli binaları vurması təsadüfi deyil.
Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik məsələləri üzrə eksperti, keçmiş hərbçi Mete Yararın açıqlamasına görə, Ukrayna tərəfi hündür binalardan Rusiya ordusuna qarşı kəşfiyyat məlumatları toplamaq və rus qüvvələrini hədəfə almaq üçün istifadə edir. Buna görə də, ruslar hündür binaları hədəfə alır. Onun sözlərinə görə, iki gün əvvəl Kiyevdə 15 mərtəbəli binanın vurulmasının səbəbi də budur.
Qeyd edək ki, Ukrayna tərəfinin Xarkovda ticarət binasının damından rus hərbçilərini hədəfə aldığına dair kadrlar yayılmışdı. Ardınca Rusiya ordusu həmin ticarət binasını bombalamışdı.