Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər tezdən xaş yemək zərərlidir - Həkim terapevt

Səhər tezdən xaş yemək zərərlidir - Həkim terapevt

Tarix: 16 Mart 2022 23:18

"Evdə 3-4 litr su içmək də düzgün deyil. Hər kəs eyni dərəcədə su, qida qəbul edə bilməz"

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev canlı yayımda cavablandırarkən deyib.

O bildirib ki, səhər xaş yemək orqanizmə birbaşa ziyandır:

"Biz faydalı və balanslı şəkildə qidalanmanı tövsiyə edirik. Suyun da, qidanın da orqanizmin tələbindən artıq qəbulu ziyandır. Ürək çatışmazlığından əziyyət çəkən insanlar var ki, gün ərzində 3-4 litr su qəbul edir və ürəyin ağırlaşmış vəziyyətində həkimə müraciət edir.

Kişilərdə ortalama 2 min kalori qəbulu olur. Lakin bunu da metobolizm sürəti tənzimləyir. Bu da standart ola bilməz - orqanizm individualdır. Odur ki, insanlar bütün qidaları zəruri miqdarda və düzgün şəkildə istehlak etməlidirlər ki, orqanizm metobolizm sürətinə müvafiq olsun".


Etiketlər:  Səhər tezdən xaş yemək zərərlidir Həkim terapevt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ