Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar dənizdən Odessa rayonu istiqamətində qanadlı raket atıblar

Ruslar dənizdən Odessa rayonu istiqamətində qanadlı raket atıblar

Tarix: 18 Mart 2022 14:48

Martın 18-də səhər tezdən Odessa vilayəti üzərində səmada Ukrayna zenitçiləri Rusiyanın qanadlı raketini vurublar.

Sonxeber.net bildirir ki, bu barədə Pivden Hərbi Hava Komandanlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

"Bu gün, martın 18-də səhər saat 5-də Odessa vilayəti üzərində səmada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus zenit-raket bölməsi düşmənin dənizdə yerləşən qanadlı raketini vurub", - hesabatda deyilir.

Eyni zamanda səhər saat 8 radələrində Odessa və bölgə sakinləri güclü partlayış səsi eşidiblər. Odessa vilayətinin Velikodolinskoye kəndinin rəhbəri Nikolay Lukyançukun dediyi kimi, kənddən kənarda raket hücumu olub. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.

Aslan Məmmədov


Etiketlər:  Ruslar dənizdən Odessa rayonu istiqamətində qanadlı raket atıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ