Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya verməyi təklif edib

ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya verməyi təklif edib

Tarix: 19 Mart 2022 08:38

ABŞ Rusiya istehsalı olan S-400 raket sistemlərini Ukraynaya verməyi təklif edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Paul Kolbe deyib.

"Türkiyə Moskvaya qarşı mübarizə üçün Rusiyanın sonuncu S-400 sistemlərini Ukraynaya təhvil verərək ABŞ ilə razılığa gəlməlidir",- deyə Kolbe bildirib.

Mütəxəssis xatırladıb ki, Ankaranın Rusiya silahlarını alması Vaşinqtonun kəskin mənfi reaksiyasına səbəb olub və cavab olaraq Türkiyəyə F-35 qırıcılarının satışını dayandırıb.

Keçmiş kəşfiyyatçı belə bir sövdələşmənin Ankara ilə Vaşinqton arasında münasibətlərin bərpasına kömək edəcəyini düşünür.

Milli.Az


Etiketlər:  ABŞ Türkiyəyə ləri Ukraynaya verməyi təklif edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ