Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən üçün silaha sarılan Kliçko qardaşları - FOTO

Vətən üçün silaha sarılan Kliçko qardaşları - FOTO

Tarix: 20 Mart 2022 12:44

Rusiyanın Ukraynaya hərbi hücumundan sonra ölkəsinin müdafiəsi uğrunda mübarizə aparanlar arasında iki nəfər də xüsusi diqqət çəkir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunlar Ukrayna idmanın simvollarından olan Kliçko qardaşlarıdır. Böyük qardaş Vitali Kliçko (50 yaş) uzun illərdir Kiyevin meridir.

Kiçik qardaş Vladimir Kliçko (45 yaş) isə bir neçə il əvvəl karyerasını başa vurub. Ağır çəkili peşəkar boksçular arasında beşqat dünya çempionu həm də planetin ən varlı idmançılarından sayılır.

Qeyri-rəsmi məlumata görə, o, peşəkar karyerası ərzində 200 milyon dollardan çox pul qazanıb. Buna baxmayaraq, ölkəsinin çətin günündə xaricdə yaşamağı yox, vətənində rus ordusuna qarşı döyüşməyi, məzlum insanlara kömək etməyi üstün tutub.

Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman deyir ki, müharibə başlayandan daha çox Vitali Kliçko ilə danışıb. "Ukrayna indi ağır dövrünü keçirir. Kliçko qardaşları, Lomaçenko (boks üzrə ikiqat olimpiya və dünya çempionu - red.) və Usik (peşəkar boks üzrə dünya çempionu - red.) millətinin və dünyanın qəhrəmanlarıdır. Onların hər birinin ölkəni tərk etmək üçün imkanları vardı. Amma əksinə geri qayıdıb həmvətənləri ilə birgə Ukraynanın müdafiəsinə qoşuldular".

Kliçko qardaşları hazırda Kiyevdədirlər. Bugünlərdə Ukraynanın futbol üzrə milli komandasının İnstaqramdakı səhifəsində hər iki qardaşın paytaxtdan şəkli yayılıb. Şəkildə onların fonunda bombalanmış binalar yer alıb. Paylaşımda deyilir ki, Kliçko qardaşları hər gün düşmənin hücumu ilə üzləşən Kiyevdə qalaraq yerli insanlara kömək edirlər.

Bundan başqa onlar silaha sarılıb rus ordusuna qarşı da savaşırlar.

Milli.Az


Etiketlər:  Vətən üçün silaha sarılan Kliçko qardaşları FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ