Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevi təbrik edib

ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevi təbrik edib

Tarix: 20 Mart 2022 20:42

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.

Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.

Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm.

Səmimiyyətlə,

Co Bayden
Amerika Birləşmiş Ştatlarının Prezidenti".


Etiketlər:  ABŞ Prezidenti Bayden Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR