Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına 8500-dən çox bilet satılıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına 8500-dən çox bilet satılıb

Tarix: 10 Sentyabr 2019 12:36

Bakı. Trend:

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatına indiyədək satılan biletlərin sayı bəlli olub.

Trend-in məlumatına görə, mundial üçün artıq 8500-dən çox bilet satılıb. Satışın 45 %-ni onlayn sistemdən yararlanan xarici azarkeşlər təşkil edir.

Milli Gimnastika Arenası çempionat günlərində Rusiya, Türkiyə, Ukrayna, İsrail, Yaponiyadan olan fanatlarla yanaşı, Fransa, Almaniya, Bolqarıstan, İspaniya, İtaliya, Finlandiya, Xorvatiya, Niderland, Qazaxıstan, Malayziya, Meksika, Peru və Paraqvaydan olan azarkeşləri qonaq edəcək.

Qeyd edək ki, dünya çempionatı 16 - 22 sentyabrda keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına 8500 dən çox bilet satılıb


RƏYLƏR