Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2022 23:58
Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi işçidən artıq tutularaq ödənilibsə, bu halda artıq ödənilmiş vergi işçiyə hansı qaydada geri ödənilə bilər?
Dövlət Vergi Xidmətindən Sonxeber.net-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və vergiödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, başqa hallar müəyyən edilməyibsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergiödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergiödəyicisinə qaytarılır.
Bundan başqa, vergiödəyicisi səhvən ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə" ilə müraciət edə bilər.