Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 19:12
Rusiya və Ukrayna arasında danışıqlara dair 6 maddənin 3 və ya 4-də yaxınlaşma var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin hakim AK Partiyasının sözçüsü Ömer Çelik deyib.
Zurabişvili Zelenskini Ukrayna səfirini Gürcüstana geri qaytarmağa çağırıb
Aİ Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətini qəbul etməyə hazırdır
Britaniya kəşfiyyatı: Döyüşlər Kiyevin mərkəzindən 25 km məsafədə gedir
O qeyd edib ki, tam razılıq əldə etmək üçün iki liderin görüşməsi ilə bağlı məsələdə vəziyyət kirtikdir.
"Türkiyə bir daha iki liderin görüşünə ev sahibliyi etməyə hazır olduğunu vurğulayır. Daimi atəşkəsin və sülhün bərqərar olunması son dərəcə vacibdir",- deyə o bildirib.
Çelik əlavə edib ki, NATO ölkələrinin liderlərinin iclasında Rəcəb Tayyib Ərdoğanın iştirakı bu anlamda çox önəmlidir.
Bundan əlavə, o Türkiyə vətəndaşlarının Ukraynadan təxliyə etməsi prosesin də davam etdiyini xatırladaraq, ölkəsinin Ukraynaya verdiyi dəstəyi davam etdirəcəyini vurğulayıb.