Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 23:57
Tərkibində güclü antioksidantlar olan çay orqanizmdə xolesterolu azaldır, ürək, diabet və şəkər kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə, daha çox zərərli içkiyə çevrilə bilər. Çay piylənmə, ürək xəstəlikləri, ikinci növ şəkərli diabet, ağciyər, dəri xərçəngi kimi xəstəliklərdən qorunmaq üçün çox faydalıdır.
Avropa Qida Təhlükəsizliyi Təşkilatı hər bir insanın gündə 400-600 milliqram yaşıl çay içməsini vacib sayır. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə də diqqət etmək lazımdır. Çox miqdarda çayın qəbulu böyrək və qaraciyərdə bir çox zədələnmələrə səbəb olur. Çay həddindən artıq içildikdə mədə yanması və qəbizlik kimi problemlərə səbəb olur.
Zövqə görə müxtəlif cür - qara, yaşıl və qırmızı çaylardan istifadə edilir. Çay sidikqovucu xüsusiyyətə malikdir və orqanizmdə olan bir çox lazımsız toksinləri xaric edir. Mütəxəssislər çayı yeməkdən yalnız 2 saat sonra içilməsini tövsiyə edir.