Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

S&P Rusiya şirkətlərinin reytinqlərini ləğv edib

S&P Rusiya şirkətlərinin reytinqlərini ləğv edib

Tarix: 22 Mart 2022 20:18

Beynəlxalq reytinq agentliyi S&P Global Ratings (S&P) bütün Rusiya şirkətlərinin 2022-ci il aprelin 15-dək reytinqlərinin ləğv edildiyini açıqlayıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə agentliyin məlumatında deyilir.

Hesabatda qeyd edilir ki, bu qərar Avropa İttifaqının Rusiyada yaradılmış hüquqi şəxslərə, təşkilatlara və qurumlara kredit reytinqinin verilməsinə qadağa qoymasından sonra verilib.

"2022-ci il martın 15-də Avropa İttifaqı (Aİ) Rusiyada yaradılmış hüquqi şəxslərə, təşkilatlara və ya qurumlara kredit reytinqinin verilməsinə qadağa qoyub. Bunu nəzərə alaraq, S&P Global Ratings, Aİ tərəfindən müəyyən edilmiş son tarix olan 15 aprel 2022-ci il tarixinə qədər bütün görkəmli emitent reytinqlərini ləğv edir", məlumatda deyilir.

Martın 9-da S&P Rusiyada kommersiya fəaliyyətini dayandırdığını elan edib.


Etiketlər:  Rusiya şirkətlərinin reytinqlərini ləğv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ