Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 14:16
Bakı. Trend:
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.
Nəticədə M.Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin