Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 18:00
Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib.
"Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qazımıza, Rusiya rubluna görə ödənişlərin köçürülməsi üçün bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim", - Putin qeyd edib.