Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 22:38
Bu gün mən hazırda olan informasiyaya əsaslanaraq bəyan edə bilirəm ki, ABŞ hökuməti Rusiya Silahlı Qüvvələrinin üzvlərinin Ukraynada müharibə cinayətləri törətməsini qiymətləndirir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyanatla çıxış edib.
"Bizim dəyərləndirməmiz ictimaiyyətdən və kəşfiyyat mənbələrindən əldə edilən informasiyanın diqqətlə nəzərdən keçirilməsinə əsaslanır", - Blinken bildirib.
Blinken əlavə edib ki, ABŞ hökuməti müharibə cinayətləri barədə məlumatları izləməyə davam edəcək və müttəfiqlər, tərəfdaşlar, beynəlxalq institutlar və təşkilarlarla birlikdə topladığı müvafiq məlumatları paylaşacaq: "Biz cinayət təqibləri də daxil olmaqla, mövcud hər bir vasitədən istifadə edərək, (törədilən müharibə cinayətlərinə görə - red) cavabdehlik əldə etməyə sadiqik".