Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev ətrafındakı Rusiya hərbçilərinin sayı açıqlandı

Kiyev ətrafındakı Rusiya hərbçilərinin sayı açıqlandı

Tarix: 24 Mart 2022 08:24

Bu gün Ukrayna paytaxtı Kiyevin ətrafında Rusiyanın 12 min nəfərə yaxın hərbçisi var, lakin bu rəqəm daha az ola bilər.

Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Daha az da ola bilər... çox az", - o qeyd edib.

"Onlar Kiyevi necə ələ keçirəcəklər" sualına Aretoviç belə cavab verib: "Onlar elə sirli adamlardır. Plana sadiq qalırlar, 12 nəfər qalsa da, ona sadiq qoacaqlar. Onlar yenə də sevinəcəklər ki, Kiyevə, son əsgərə qədər irəliləyirlər".

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri əlavə edib ki, 12 min nəfərdən 3 mini mühasirəyə alınıb, daha 4 min nəfər isə ətraf aləmdən ayrılıb və "xoşagəlməz yerdədir".


Etiketlər:  Kiyev ətrafındakı Rusiya hərbçilərinin sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ