Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 17:46
Suveren ölkə kimi Çin öz ərazisində lazımi milli müdafiə obyektləri yaratmaq hüququna malikdir. Bu, beynəlxalq hüquq normalarına uyğundur və onu qınamaq olmaz.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ-ın Çinin Sakit okeanda inşa etdiyi bir sıra süni adalardan ən azı üçünü hərbi bazaya çevirməsi ilə bağlı ittihama cavabında deyib.
"Bu, sahilyanı ölkələrin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə təhdid edir və Cənubi Çin dənizində nizam və naviqasiya təhlükəsizliyinə zərər verir", - sözçü bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Hind-Sakit okean qüvvələrinin komandanı admiral Con C.Aquilino Çinin adalarda gəmi və zenit-raket kompleksləri, lazer və döyüş təyyarələri yerləşdirdiyini qeyd etmişdi.