Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 21:52
"Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov deyib.
Malta ilə sabah baş tutacaq yoldaşlıq oyunu öncəsi təşkil olunan mətbuat konfransına qatılan yarımmüdafiəçi görüş və yığmaya qayıdışından danışıb: "Milliyə qayıtdığım üçün xoşbəxtəm. Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyim ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir".
Qeyd edək ki, Eddi sonuncu dəfə 2019-cu ildə millinin heyətində meydana çıxıb.