Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 09:38
Rus əsgərləri Donetsk vilayətində daha iki uşağı qətlə yetiriblər: Mariupolda 11 yaşlı qız, Yasnaya Polyanada isə 14 yaşlı oğlan ölüb.
Sonxeber.net bildirir ki, bu barədə Telegram-da Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib.
"Bu gün öyrəndik ki, ruslar Donetsk vilayətində daha 2 uşağı qətlə yetiriblər: Mariupolda 11 yaşlı qız, Yasnaya Polyanada isə 14 yaşlı oğlan ölüb. Bundan əlavə, daha 1 nəfərin öldüyü məlum olub. Mariupolda isə 5 nəfər yaralanıb", - Kirilenko bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın atəşi nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Kirilenko qeyd edir ki, Mariupol və Volnovaxada rusların qurbanlarının dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil.
Aslan Məmmədov