Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ordusu bu yaşayış məntəqəsini də azad etdi

Ukrayna ordusu bu yaşayış məntəqəsini də azad etdi

Tarix: 25 Mart 2022 15:56

Kiyev vilayətinin Barışevski rayonunda ukraynalı əsgərlər Lukyanovka kəndini Rusiya hərbçilərindən azad ediblər.

Milli.Az xəbər verir ki, bu barədə məlumat marafonunun efirində Borispol şəhərinin meri Vladimir Borisenko bildirib.

"Dünənki hərbi çıxış sayəsində şəhərin yaxınlığındakı Lukyanovka kəndi azad edilib - bu, strateji məqamdır, çünki biz düşmən xəttini yarıya bölmüşük, onlar artıq tamamilə ruhdan düşüb, yönünü itiriblər", - o deyib.

Bununla yanaşı, Borisenkonun sözlərinə görə, kəndlərdə çoxlu sayda dinc sakin problem olaraq qalır, çünki rus əsgrələri onlardan qalxan kimi istifadə edirlər.

"Zəbt olunan kəndlərin artilleriya hazırlığı və təmizlənməsini həyata keçirmək mümkün deyil. Düşmən mövqelərinin harada olduğunu bilirik, ətrafda çoxlu sayda dinc əhalinin olduğunu bilirik. Daha 2 kəndi tutmaq olardı", - Borisenko bildirib.

O, kritik infrastruktur müəssisələrində iştirak etməyən bütün kənd sakinlərini təxliyə olunmağa çağırıb. Mer həmçinin müharibə başlayandan bəri 20 min insanın Borispoli tərk etdiyini bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Ukrayna ordusu yaşayış məntəqəsini azad etdi


RƏYLƏR