Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 12:54
Ukrayna müharibəsi fonunda gərginləşən Rusiya-NATO münasibətlərində Ermənistan öz yerini dəyişdirməyi, daha doğrusu, xislətini yenidən büruzə verməyi qarşısına məqsəd qoyub. Çünki NATO-ya yarınmaq məqsədi güdən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan xarici işlər naziri David Zakalianiyə zəng edib. Bu zəngin tarixçəsi isə onun məqsədindən xəbər verir.
Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, politoloqlar Ermənistanın mövqe dəyişikliyinə hazırlaşdığını deyir.
Siyasi flüger rolunu oynayan Ermənistanda bu, ilk və tək siyasi xəyanət deyil. Paşinyanın hakimiyyəti dövrünün ilk aylarında da qərbə meyllilik nümayiş etdirmək istəyən Ermənistan daha sonra yenidən vassal rolunu oynamağa davam etmişdi.
Politoloq Sultan Zahidov deyir ki, ötən ilin dekabrında Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunanda dövlət başçısı İlham Əliyev sammitdə iştirak və çıxış edərək ölkəmizin mövqeyini sərgiləşmişdi. Lakin cəmi bir neçə ay öncə Rusiyanın qorxusundan NATO-nun dəvətini qəbul etməyən Paşinyan hakimiyyəti yeni siyasi gedişi ilə hazırda gücünü müharibəyə səfərbər etmiş Rusiyadan üz çevirir.
Bu gün yenidən qərbə meyllənmək istiqaməti götürən Ermənistanın riyakarlığını, xəyanətini isə qərbdə də, Rusiyada da yaxşı bilirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: