Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc oğlandan baldızına iyrənc təklif, qəfil hamama girib... - İmişli olayının təfərrüatı

Gənc oğlandan baldızına iyrənc təklif, qəfil hamama girib... - İmişli olayının təfərrüatı

Tarix: 27 Mart 2022 12:16

İmişli rayonunda 1989-cu il təvəllüdlü Mahir baldızı, yetkinlik yaşına çatmayan Gülnarə (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, Mahir qayınatası Rəhimə məxsus evdə razılıq əsasında baldızı Gülnarə ilə qeyri-təbii yolla intim əlaqəyə girib.

Daha sonra Mahir baldızı ilə təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, Mahir yaşadığı Masallı rayonundakı evində baldızı ilə təkrar cinsi əlaqədə olub.

O, 2019-cu ilin iyul ayının əvvəllərində saat 06.00 radələrində qayınatası Rəhimə məxsus İmişli rayonundakı evdə yenidən baldızı ilə intim əlaqəyə girib.

İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildə İmişli rayonunda yaşayan Məlahət ilə evlənib və onunla birlikdə valideynlərinə məxsus olan Masallı rayonundakı fərdi yaşayış evində yaşayıb: "2018-ci ilin əvvəllərində arvadım ilə birlikdə qaynatam Rəhimin evində qonaq idik. Bu zaman arvadım bacısı Gülnarəni kimləsə telefonla sevgili kimi danışanda tutduğuna görə danladığı üçün aralarında mübahisə yarandı. Həmin gün Gülnarə təklikdə bacısı Məlahətin mənimlə evlənənədək İslam adlı bir nəfərlə danışdığını bildirdi. Bu barədə soruşanda Məlahət barəsində deyilənləri təsdiq etdiyi üçün ondan boşanmaq istədim. Lakin qaynanam yalvardı, məni boşanmaq fikrindən daşındırmağa çalışdı. Xahiş etdi ki, Məlahəti özümlə aparım, Novruz bayramınadək gözləyim. Qaynanamın təklifi ilə razılaşdım. Məlahəti özümlə Masallıya geri gətirdim. Bir müddət keçəndən sonra Məlahətin hamilə qaldığını bildim, boşanmaq fikrindən daşındım".

Mahirin sözlərinə görə, təxminən 2018-ci ilin martın əvvəllərində bir nəfər şəxsi özünə məxsus olan "Opel" markalı avtomobillə İmişli rayonuna gətirib və gecələmək məqsədilə qaynatasının evinə gedib: "Səhəri gün səhər saat 06.00-da Gülnarə valideynləri getdikdən sonra qaldığım otağa gəldi, mənimlə cinsi əlaqədə olmağı təklif etdi. Mən də Gülnarənin təklifi ilə razılaşdım. Gülnarə ilə qeyri-təbii yolla və sonra təbii yolla cinsi əlaqədə oldum. Həmin hadisədən sonra Gülnarə ilə aramızda sevgi münasibətləri yaranmağa başladı. Gülnarə anasının mobil telefonu ilə tez-tez zəng edərək mənimlə danışırdı".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci martın axırlarında Gülnarə Masallı rayonuna gələn marşrut avtobusu ilə bacısı Məlahəti görmək məqsədilə onlara gəlib: "Gülnarə 3-4 gün bizdə qaldı. Həmin vaxt evdə tək olarkən Gülnarə ilə bir dəfə cinsi əlaqədə oldum".

Mahir bildirib ki, 2019-cu ilin iyulun əvvəllərində qaynatasına məxsus olan evdə yenə də Gülnarənin valideynləri getdikdən sonra səhər saat 06.00-a onunla cinsi əlaqədə olub: "Həmin vaxtdan sonra Gülnarə ilə telefonda danışsam da, görüşməmişik. 2020-ci ildə də Gülnarə Murad adlı oğlanla nişanlandıqdan sonra bir neçə dəfə telefonda danışmışam. Lakin onunla görüşməmişəm. Nişanlanandan sonra Gülnarə nişanlısının ona aldığı nömrə ilə mənə sevgi mətnləri ilə "sms"lər yazıb. Həmin il mənə sms yazaraq ad günümü də təbrik edib".

Mahir deyib ki, Gülnarənin nişanlısı ona zəng edib və Gülnarənin nəyə görə ona 40-a yaxın mesaj yazdığını soruşub: "Sonra məni söyməyə başladı. Bundan sonra Gülnarə ilə olan münasibətim və onunla cinsi əlaqədə olmağımın üstü açıldı. Gülnarə ilə biri-birimizi sevmişik. Təklikdə olarkən ehtirasımızı cilovlaya bilmədiyimiz üçün cinsi əlaqədə olmuşuq. Mənim Gülnarəyə qarşı pis niyyətim olmayıb. Baş verənlərə görə peşman olmuşam".

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarənin sözlərinə görə, bacısı Məlahətin əri Mahir özünə məxsus olan "Opel" markalı avtomobildən taksi kimi istifadə edib, sərnişindaşıma ilə məşğul olub: "2018-ci ilin əvvəllərində İmişli rayonuna sərnişin gətirdikdən sonra Mahir bizdə qaldı. Həmin gün axşam saat 22.00-da həyətimizdəki hamamda çimərkən Mahir içəri girdi. Mahir əllərini qarnıma tərəf apardı və məni divara sıxdı. Həmin vaxt anam gəldi və məndən hamamdan çıxıb-çıxmadığımı soruşdu. Mahir məni öldürəcəyi ilə hədələdiyi üçün anama bu barədə demədim, ondan şampun gətirməsini istədim. Anam evdən şampun gətirməyə gedərkən Mahir hamamdan çıxdı. Həmin vaxtdan təxminən 20 gün keçəndən sonra Mahir yenə də İmişli rayonuna sərnişin gətirərkən bizdə qaldı. Valideynlərim evdən getdikdən sonra məni qaldığım otağa çağırdı. Otağın qapısını arxadan bağlayaraq məni soyundurdu, çarpayıya uzadaraq öpməyə başladı. Mahir mənimlə cinsi əlaqədə olmaq istərkən əvvəlcə onun istəyinə qarşı çıxsam da, sonradan ehtiraslandığım üçün razılıq verdim. Mahir əvvəlcə mənimlə qeyri-təbii yolla və sonra onun təbii yolla cinsi əlaqədə oldu. Həmin vaxt çox ciddi ağrı hiss etməsəm də, qızlıq pərdəmin pozulduğunu hiss etdim. Mahirdən xoşum gəldiyi üçün bu barədə heç kəsə bildirmədim. Həmin hadisədən sonra anamın telofonu ilə gizlincə zəng edərək 2-3 gündən bir Mahirlə sevgili kimi danışdım".

Gülnarənin bildirdiyinə görə, 2018-ci martın axırlarında Masallı rayonuna gedən marşrut avtobusu ilə bacısı Məlahətlə görüşmək üçün onlara gedib və orada 3-4 gün qalıb: "Həmin günlərin birində evdə təklikdə olarkən Mahir məni atasının yataq otağına apardı və soyunduraraq cinsi əlaqədə oldu. Axırıncı dəfə Mahir mənimlə 2019-cu ildə iyulun əvvəllərində İmişli rayonundakı evimizdə təbii yolla cinsi əlaqədə olub. Ondan sonra telefonda danışsaq da, görüşməmişik".

Gülnarə bildirib ki, 2020-ci ildə həmyerlisi Muradla nişanlanıb: "Bundan sonra bir neçə dəfə Mahirlə telefonda danışsam da, onunla görüşməmişəm. Nişanlanandan sonra Murad mənə "Samsung A 20S" telefonu aldı və bir ədəd sim nömrəsi verdi. Həmin telefonla həftədə bir dəfə Mahirə gizlin sms yazmışam. İslam "Azercell"dən nömrəmi çıxartdıraraq mənim Mahirə sms yazdığımı öyrəndi. Həmin sms mətnlərini anama göstərərək nişan üzüyünü barmağımdan çıxartdı. Mənə aldığı telefonu və nömrəni götürərək getdi. Bir qədər keçəndən sonra Murad anamın telefonuna zəng etdi və mənimlə danışdı. Mahirlə aramda olanları Murada bildirdim".

Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin mart-aprel aylarında Murad özü də onunla yaşadığı evdə bir neçə dəfə qeyri-təbii və təbii yolla cinsi əlaqədə olub: "İlk dəfə təbii yolla cinsi əlaqədə olarkən Murad mənim bakirə olmamağımdan şübhələndi. Qızlıq pərdəmin elastik olduğunu dedim və internetdə olan tibbi məlumatları Murada göstərdim, onu buna inandırdım".

Gülnarə ifadəsinin sonunda göstərib ki, Mahir onun azyaşlı olmasından istifadə edib, onun həyatını məhv edib.

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb.

Mahir 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Gənc oğlandan baldızına iyrənc təklif qəfil hamama girib İmişli olayının təfərrüatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ