Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eriksen ürəktutmasından sonra ilk qolunu vurdu - VİDEO

Eriksen ürəktutmasından sonra ilk qolunu vurdu - VİDEO

Tarix: 27 Mart 2022 13:24

Danimarka millisinin futbolçusu Kristian Eriksen yaşıl meydanlara qayıdışından sonra ilk qolunu vurub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Niderlandla yoldaşlıq oyununda (2:4) fərqlənib. 30 yaşlı yarımmüdafiəçi 47-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, həm də Eriksenin 9 aylıq fasilədən sonra millidəki ilk oyunu olub.

Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka - Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Onun ürəyinə kordioverter-defibrillyator qoyulub. Belə vəziyyətdə İtaliyada oynamaq qadağan edildiyindən, "İnter" Eriksenlə müqaviləni pozmalı olub. O,  qışda İngiltərə "Brentford"una keçib. 

Milli.Az


Etiketlər:  Eriksen ürəktutmasından sonra ilk qolunu vurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ