Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbul-Moskva reysində bomba həyəcanı

İstanbul-Moskva reysində  bomba həyəcanı

Tarix: 27 Mart 2022 22:21

"Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbul-Moskva reysini yerinə yetirən sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, İstanbul hava limanındakı təyyarədə axtarışlar aparılarkən xəbərin əsassız olduğu üzə çıxıb.

Məlumata görə, Moskva-İstanbul reysini həyata keçirməyə hazırlaşan TK-415 uçuş nömrəli TC-JND qeydiyyatlı təyyarəyə havaya qalxmazdan əvvəl bomba xəbərdarlığı edilib. Bu səbəbdən təyyarə dayanacaq yerinə aparılıb və polis təyyarədə axtarış aparıb. Məlumatın əsassız olduğu müəyyənləşdirilib.

Qeyd edilir ki, son zamanlar Moskvaya uçan "Air Serbia" və "THY" təyyarələrinə bomba təhdidləri artıb.


Etiketlər:  İstanbul Moskva reysində bomba həyəcanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ