Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 23:46
"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinə yekun vurulub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 50 dövrəlik mübarizənin qalibi adını son dünya çempionu Maks Ferstappen qazanıb. "Red Bull"un niderlandlı pilotu "Ferrari" pilotları Şarl Lekler və Karlos Saynsı geridə qoyub. "Red Bull"un daha bir pilotu Serxio Peres isə dördüncü olub.
Mövsümün ikinci Qran-prisindən sonra xalını 45-ə çatdıran Lekler şəxsi hesabda liderliyini möhkəmlədib. Sayns 33 xalla 2-ci, Ferstappen 25 xalla 3-cüdür.
Konksruktorlar Kubokunda "Ferrari" 78 xalla 1-ci, "Mercedes" 38 xalla 2-ci, "Red Bull" 37 xalla 3-cüdür.