Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 12:14
Rusiya Hava Kosmik və Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukraynanın 5 qırıcı təyyarəsini və 19 pilotsuz uçuş aparatını vurub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Rusiya Hava Kosmik qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus dörd Su-24 təyyarəsini Çerniqov vilayəti üzərində havada vurub. Ukraynaya məxsus daha bir Su-27 qırıcısı Donetsk vilayətinin Kramatorsk rayonunda vurulub", - Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov onu da əlavə edib ki, son sutka ərzində Ukraynaya məxsus 19 pilotsuz uçuş aparat məhv edilib, Xerson vilayətinin Çernobaevka aerodromunun yaxınlığında isə beş "Smerç" raketi havada zərərsizləşdirilib.
İqor Konaşenkov vurğulayıb ki, xüsusi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 1700-dən çox tankı və zirehli texnikası və 300-dən çox pilotsuz uçuş aparatı məhv edilib: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 308 pilotsuz uçuş aparatı, 1713 tank və digər zirehli döyüş maşını, 170 reaktiv yaylım atəşi sistemi, 715 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1557 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib".