Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunus Oğuzun ''Cığır'' romanı tamamlandı

Yunus Oğuzun ''Cığır'' romanı tamamlandı

Tarix: 28 Mart 2022 12:48

Yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı tamamlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Yunus Oğuz bildirib.

Onun sözlərinə görə, bu tarixi roman Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq, ta 8 noyabr 2020-ci il - Şuşanın işğaldan azad edilməsinədək olan dövrü əhatə edir.

"Əsərdəki bütün obrazlar, əsasən öz isimləri ilə adlandırılıb.Roman obraz çoxluğu və zənginliyi ilə də seçilir. Belə ki, Pənahəli xandan başlayan əsərin qəhrəmanları Ali Baş Komandan da daxil olmaqla, məmurlar, adi insanlar, əsgərlər, generallar, bir sözlə xalq bu romanda yer alıb. Düşmən obrazları da yaddan çıxmayıb. Belə ki, Ter-Petrosyan, Paşinyan, Tonoyan və başqalarına da əsərdə yer ayrılıb. Romanın əsas qayəsi "Cığır"dan başlayan Şuşanın "Zəfər yolu"na qədər uzun məsafə qət etməsidir", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  Yunus Oğuzun Cığır romanı tamamlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ