Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillərin sığorta təminatı artırıla bilər - VİDEO

Avtomobillərin sığorta təminatı artırıla bilər - VİDEO

Tarix: 28 Mart 2022 16:08

Reklamınızı SmartBee ilə effektiv edin.

Bəzi hallarda qəza zamanı digər avtomobilə vurulan ziyanın məbləği 5 min manatdan artıq olur. Dəyən ziyanın maksimum 5 min manatını icbari sığortanın qarşıladığını nəzərə alsaq, yerdə qalan məbləği qəza törədən şəxs öz vəsaiti hesabına ödəməlidir.

Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, sığorta sahəsi üzrə ekspert Vüsal Bədəlov deyir ki, əslində sürücülər 5 min manatlıq icbari sığorta təminatından əlavə öz risklərini sığorta etdirə bilərlər.

O bildirir ki, sürücülər bunun üçün əlavə məbləğ ödəməklə sığorta şirkətlərində  məsuliyyətlərini sığortalaya bilərlər. Onun sözlərinə görə, məsuliyyətin könüllü sığortasını hazırda əksər şirkətlər təklif edir. Sürücülər istər öz sığorta şirkətlərinə, istərsə də bu məhsulu təklif edən digər qurumlara müraciət edərək risklərini təminat altına ala bilərlər.

Vüsal Bədəlovun sözlərinə görə, bu sığorta məhsularının qiyməti də əlçatandır. İcbari sığortaya ödənilən məbləğin yarısını ödəməklə əlavə 5 və ya 10 min manatlıq riski sığortalamaq mümkündür.

Ekspert onu da bildirib ki, hazırkı 5 min manatlıq icbari sığorta təminatı 2011-ci ildə müəyyən edilib. Həmin məbləğ isə hazırkı dövrlə uzlaşmır. Onun fikrincə, 5 min manatlıq təminat paketi yetərli deyil. Ona görə də sığorta haqlarını yüksəltməklə sığorta təminatını artırmaq olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Avtomobillərin sığorta təminatı artırıla bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ