Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəfat edən işçinin vərəsələrinə ödənilən müavinətdən vergi tutulurmu?

Vəfat edən işçinin vərəsələrinə ödənilən müavinətdən vergi tutulurmu?

Tarix: 28 Mart 2022 22:54

Müəssisə işçinin vəfat etməsi ilə əlaqədar əmək müqaviləsinə xitam veribsə, vəfat edən işçinin vərəsələrinə ödəniləcək müavinətdən gəlir vergisi hesablanmalıdırmı?

Dövlət Vergi Xidmətindən Sonxeber.net-a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.


Etiketlər:  Vəfat edən işçinin vərəsələrinə ödənilən müavinətdən vergi tutulurmu


RƏYLƏR