Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uill Smitin “Oskar”ı əlindən alına bilər

Uill Smitin “Oskar”ı əlindən alına bilər

Tarix: 29 Mart 2022 15:25

Los-Ancelesdə keçirilən 94-cü "Oskar" kino mükafatının təqdimetmə mərasimində alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti lağa qoyan tədbir aparıcısı Krik Roku şillələyən aktyor Uill Smitin "Ən yaxşı kişi rolu" nominasiyası üzrə aldığı mükafatı geri alına bilər.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Bu, təhqirdir... Düşünürəm ki, Uill öz "Oskar"ını vermək istəməzdi, amma kim bilir, indi nə olacaq", - nəşr insayderin sözlərini sitat gətirir.

Qeyd edək ki, Los-Anceles polisi bu məsələ ilə məşğul olmayacaq. Belə ki, Kris Rok ondan instaqram hesabı vasitəsilə ictimai şəkildə üzr istəyən Uill Smitdən şikayət verməyib.


Etiketlər:  Uill Smitin Oskarı əlindən alına bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ