Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Kiyevi almağa nə qədər yaxın idi?

Rusiya Kiyevi almağa nə qədər yaxın idi?

Tarix: 30 Mart 2022 19:56

Rusiya Kiyev və Ukraynanın şimalındakı ərazilərdə hərbi əməliyyatlarını "kəskin şəkildə azaltmağa" söz verənədək paytaxtı ələ keçirməyə nə dərəcədə yaxın idi?

Rusiya fevralın 24-də "Ukraynanı silahsızlaşdırma və nasistlərdən təmizləmə" adı altında Ukraynaya hücuma başladı. Ukrayna rəsmiləri döyüşlərin ikinci günündə könüllülərə ölkə üzrə 18 min silah payladıqlarını, onların çoxunun paytaxtda olduğunu elan etdilər. Ukrayna könüllülərə "Molotov kokteylinin" necə hazırlanacağına dair təlimatlar verildiyini də açıqladı. Kiyevə gözlənən hücum üçün paytaxtda tank əleyhinə maneələr yaradıldı. Rusiya həftələrlə Kiyevi mühasirəyə almağa çalışdı - lakin Ukrayna qüvvələri şəhər ətrafındakı geniş ərazilərə nəzarəti öz əlində saxlaya bildi.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, bu müddət ərzində Rusiya qoşunları Kiyevin 20 kilometrliyində yerləşən İrpin şəhəri ətrafına doğru irəliləmişdilər.

Elə müdaxilənin ilk günlərindən paytaxt Kiyev və ətraf əraziləri raket zərbələri, partlayışlar, atışmalar, müntəzəm hücumlara məruz qalıb. Lakin çərşənbə axşamı Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qüvvələri rusları bir sıra mövqelərdən geri çəkilməyə məcbur edə bilib. Ukrayna ötən həftə Kiyevin ətrafında əks-hücuma başlayıb və Rusiya qoşunları tərəfindən müdaxilə edilmiş ərazilərin bir hissəsini geri alıb.

Bununla belə, Rusiyanın hücumları və Ukraynanın müdafiə olunması itkisiz olmayıb.

Bazar ertəsi Kiyevin meri Vitali Kliçko deyib ki, Rusiyanın müdaxiləsi başlayandan bəri Kiyevdə 100-dən çox insan ölüb.

Milli.Az


Etiketlər:  Rusiya Kiyevi almağa qədər yaxın idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ